Bank Of Baku

ATƏT-in sədri, Litvanın XİN Audronius Ajubalis Gürcüstana rəsmi səfərə gəlib

ATƏT-in sədri, Litvanın  XİN Audronius Ajubalis Gürcüstana rəsmi səfərə gəlib
# 15 mart 2011 20:41 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Fəaliyyətdə olan ATƏT-in sədri, Litvanın XİN Audronius Ajubalis Gürcüstana rəsmi səfərə gəlib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ATƏT sədri Bakıdan Tbilisiyə səfər edib. Bu gün Audronius Ajubalis Gürcüstan XİN Qriqol Vaşadze ilə görüşüb. O, görüşdə Gürcüstanı uğurla həyata keçirilən daxili islahatlara görə təbrik edib. Sonra Gürcüstanın XİN naziri Qriqol Vaşadze ilə mətbuat konfransında Gürcüstanın düzgün inkişaf yolunda durduğunu bildirib. “Bunu Avropada yaxşı görürlər. Gürcüstanı uğurlu islahatlara görə alqışlayıram ” Audronius Ajubalis qeyd edib. Litva XİN nazirinin sözlərinə görə, ATƏT Gürcüstan və Rusiya arasında dialoqun və tərəflər arasında etibarın bərpa edilməsi üçün çalışır. “Bizi Cənubi Osetiyadakı gərginlik narahat edir və biz tərəfdaşlarımız və həmkarlarımızla birlikdə bu məsələləri müzakirə edirik”.
Mətbuat konfransında Qriqol Vaşadze ATƏT sədri ilə olan görüşdə Cənubi Qafqazda olan münaqişələr haqqında söhbətlər aparıldığını, eyni zamanda Gürcüstanda ATƏT-in planlaşdırdığı layihələrin də müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə Audronius Ajubalis Gürcüstan hökumət nümayəndələri ilə sabah aktual problemlər barədə məsələləri müzakirə edəcək.

.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR