Bank Of Baku

Özbəkistan Human Rights Watch-un ölkədəki ofislərini bağlayıb

Özbəkistan Human Rights Watch-un ölkədəki ofislərini bağlayıb
# 15 mart 2011 23:35 (UTC +04:00)
Bakı-APA. Özbəkistan hökuməti Human Rights Watch beynəlxalq insan haqları təşkilatının ölkədəki ofislərini bağlayıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bununla da təşkilatın Özbəkistanda 15 illik fəaliyyətinə son qoyulub. Human Rights Watch Özbəkistanda qalan sonuncu beynəlxalq təşkilatlardan biri idi.
Human Rights Watch bildirib ki, ofislərinin bağlanması Özbəkistan hakimiyyətinin bu qeyri-hökumət təşkilatının ölkədə fəaliyyətinin qarşısını almağa yönəlmiş növbəti addımıdır.
Ancaq təşkilat deyib ki, o, Özbəkistanda insan haqlarının pozulması halları ilə bağlı məlumatlar verməkdə davam edəcək.
Human Rights Watch yaydığı bəyanatında bildirib ki, ofislərinin bağlanması ölkədə böhranın dərinləşdiyi bir vaxtda baş verib.
Ötən dekabr ayında Özbəkistanın ədliyyə naziri Human Rights Watch təşkilatının nümayəndəsinə akkreditasiya verməkdən imtina edib və səbəb kimi onun milli qanunvericiliyə məhəl qoymadığını və regionda iş təcrübəsinin olmamasını səbəb göstərib.
Son illərdə Özbəkistan hakimiyyəti demək olar ki, bütün beynəlxalq qeyri-hökumət təşkilatlarını ölkədən çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR