Bank Of Baku

Ərdoğan Medvedevə 1921-ci ildə imzalanmış Rusiya-Türkiyə müqaviləsinin surətini hədiyyə edib

Ərdoğan Medvedevə 1921-ci ildə imzalanmış Rusiya-Türkiyə müqaviləsinin surətini hədiyyə edib
# 16 mart 2011 16:22 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Moskvada səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Dmitri Medvedevə iki ölkə arasında dostluq və qardaşlıq haqqında müqavilənin surətini, bu sənədin 90 illiyi ilə bağlı Türkiyə hökuməti tərəfindən buraxılmış yubiley markasını hədiyyə edib.

APA-nın «RİA Novosti»yə istinadən məlumatına görə, Ərdoğan deyib ki, 1921-ci il martın 16-da Sovet Rusiyası gənc Türkiyə Respublikasını tanıyıb və birgə sərhədlərin pozulmayacağına təminat verib.

Kremldə keçirilən mətbuat konfransında Ərdoğan deyib: “16 mart çox vacib tarixdir. 90 il öncə bu gün Rusiya Federasiyası ilə Türkiyə Respublikası arasında dostluq və qardaşlıq haqqında müqavilə imzalanıb. Bu sənəd bizim tariximizdə dönüş nöqtəsi olub. Moskva müqaviləsinə əsasən bizim şərqi sərhədlərimiz tanınıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR