Bank Of Baku

Rusiya Ermənistan-Türkiyə münasibətlərinə qarışmayacaq

Rusiya Ermənistan-Türkiyə münasibətlərinə qarışmayacaq
# 17 mart 2011 15:16 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. “Rusiya Ermənistanla Türkiyə arasında münasibətlərin düzəlməsini vacib sayır, lakin bu münasibətlərin inkişafına qarışmaq niyyəti yoxdur”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. Diplomat bildirib ki, Ermənistan-Türkiyə yaxınlaşması ilk növbədə ikitərəfli məsələdir və Rusiya bu prosesə qarışmaq niyyətində deyil: “Biz ikitərəfli münasibətlər, Qafqaz regionunda əməkdaşlıq ruhu və əməkdaşlıq mexanizmi yaradılması nöqteyi-nəzərindən bu prosesin yaxşı nəticələr gətirməsini arzulayırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR