Bank Of Baku

Yerevanda müxalifətin mitinqinə on minlərlə insan toplaşıb

Yerevanda müxalifətin mitinqinə on minlərlə insan toplaşıb
# 17 mart 2011 18:01 (UTC +04:00)
APA-nın A1plus.am saytına istinadən verdiyi xəbərə görə, hökumət Yerevanın Azadlıq meydanında aksiya keçirməyə icazə vermədiyindən mitinq Ermənistan paytaxtında qədim əlyazmaların saxlanıldığı Matenadaran binasının yaxınlığında keçirilir. Hal hazırda Azadlıq meydanı polis əməkdaşları tərəfindən əhatə edilib. Lakin mitinqdə bildirilib ki, hökumət etirazçıların meydana daxil olmasına icazə verib.
Aksiyada çıxış edən rejissor Ervand Manaryan əhalini küçələrə çıxmağa və prezident Serj Saksyan istefa verməyincə heç yerə dağılışmamağa çağırıb.

Eyni zamanda, Milli Konqresinin lideri, keçmiş prezident Levon Ter-Petrosyan bildirib ki, ölkədə siyasi vəziyyətin sürətlə dəyişməsini gözləməyə dəyməz. "Biz bilməliyik ki, bu gün və ya sabah heç nə dəyişməyəcək. Hər şeyin öz vaxtı var və biz bu siyasi proseslərin iştirakçılarıyıq”, - o bildirib.

"Novosti Armeniya" agentliyinin verdiyi xəbərə görə, Ter-Petrosyan deyib ki, "quldur rejimi ləğv olunmalıdır”, lakin müxalifət bunu “nəyin bahasına olursa olun” prinsipi ilə etməyəcək.

Ermənistan Xalq Partiyasının lideri Stepan Dəmirçiyan deyib ki, müxalifət hakimiyyət dəyişikliyinə sarsıntısız nail olacaq. Çünki sarsıntı Ermənistanın Dağlıq Qarabağ münaqişəsində mövqeyini zəiflədəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR