Bank Of Baku

“Borçalı” cəmiyyəti Gürcüstanda silsilə Novruz tedbirləri keçirəcək

“Borçalı” cəmiyyəti Gürcüstanda silsilə Novruz  tedbirləri keçirəcək
# 18 mart 2011 03:48 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. “Borçalı” cəmiyyəti Gürcüstanda Novruz bayramı münasibəti ilə soydaşlarımız yaşayan bölgələrdə silsilə Novruz tedbirləri keçirəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə cəmiyyətin sədri Zəlimxan Məmmədli bildirib. Onun sözlərinə görə, bu bayramı Gürcüstanın siyasi hakimiyyəti dəyərləndirir.”Mən buna çox sevinirəm. Bu dövlət tək dövlətdir ki, başqa bir millətin bayramını dövlət bayramını rəsmi dövlət bayramı elan edib. Bu münasibətlə mən bütün soydaşlarımızı və gürcü xalqını təbrik edirəm.”
Zəlimxan Məmmədli APA-ya Gürcüstanda Novruz tədbirlərini martın 19-dan 22-nə kimi keçirəcəklərini deyib. “Biz martın 19-da azərbaycanlılar yaşayan Muxran çökəyində, martın 20-də Qaraçöpdə, 21-də Bolnisinin Faxralı və Qardabaninin Kosalı kəndində və martın 22-də Laqodexinin Qabal kəndində olacağıq. Bu böyük şənliklərdə həm özümüzü təqdim edəcəyik, həm də istəklərimizdən söhbət açacaq, soydaşlarımızla bir yerdə olacağıq. Mənə elə gəlir ki, insanların könlünə bir balaca sevinc verə biləcəyiksə, çox xoşbəxt olarıq,-” deyə Zəlimxan Məmmədli bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR