Bank Of Baku

Gürcüstan vətəndaşlarının Avropaya sadələşdirilmiş viza rejimi barədə “Gürcüstan üçün ünvanlı təşəbbüs” mövzusunda layihənin təqdimat mərasimi keçirilib

Gürcüstan vətəndaşlarının Avropaya sadələşdirilmiş viza rejimi barədə “Gürcüstan üçün ünvanlı təşəbbüs” mövzusunda layihənin təqdimat mərasimi keçirilib
# 18 mart 2011 20:46 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisin “Redisson” mehmanxanasında Gürcüstan vətəndaşlarının Avropaya sadələşdirilmiş viza rejimi barədə Avropa İttifaqının maliyyələşdirdiyi “Gürcüstan üçün ünvanlı təşəbbüs” mövzusunda layihənin təqdim olunma mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, təqdimatda çıxış edən Avropa İttifaqının Gürcüstan üzrə nümayəndəsi Filip Dimitrov “Əgər Gürcüstan viza rejimi ilə bağlı Avropa qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsə, onun üzünə Avropa qapıları bağlı qalacaq. Viza rejiminin asanlaşdırılmasına baxmayaraq Gürcüstan vətəndaşları Avropaya hüquqi əsaslarla getməlidirlər”, deyib. Filip Dmitrov çıxışında viza rejiminin asanlaşdırılması məsələsində bir sıra missiyaların razılaşdırılması medalın iki üzü kimi görünməlidir, əks halda uğurlar olmadan sadələşdirilmiş rejimi həyata keçirmək mümkün deyil və bağlı qapılar arxasında qala bilərik. Qapı bağlı qala bilər və bu barədə konkret addımlar qəbul etmədən bu razılaşmanı yerinə yetirmək mümkün olmayacaq. Gürcüstan vətəndaşları sadələşdirilmiş rejimdən dərhal istifadə edə bilməyəcəklər. Bunun üçün müəyyən hüquqi qaydalara riayət etmək lazım gələcək. Sadələşdirmə necə olursa-olsun vətəndaşlar Avropaya hüquqi əsaslarla getməlidirlər”, deyə F.Dmitrov bildirib.

Tədbirdə Avropa İttifaqının və Gürcüstanın bir sıra nazirliklərinin rəhbərləri mövzu ilə bağlı çıxış edərək fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Gürcüstan ilə Avropa İttifaqı arasında saziş və razılaşma martın 1-də qüvvəyə minib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR