Bank Of Baku

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı həyat yoldaşı tərəfindən qətlə yetirilib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı həyat yoldaşı tərəfindən qətlə yetirilib
# 23 mart 2011 12:57 (UTC +04:00)
Bakı - APA. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşı ailə münaqişəsi zamanı qətlə yetirilib.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, hadisə Moskva şəhərində baş verib. 27 yaşlı çekist Boqdan Qribov mütəmadi olaraq xəyanətdə ittiham etdiyi həyat yoldaşı tərəfindən öldürülüb.

25 yaşlı Natalya Sizova ərini mətbəx bıçağı ilə qətlə yetirib. Qatil qadın artıq həbs edilib.

Qeyd edək ki, bu, son bir həftə ərzində Moskvada FTX əməkdaşlarının ailəsində ailə münaqişəsi zəminində baş verən ikinci qətl hadisəsidir. Martın 20-də FTX-nin 31 yaşlı giziri Aleksey Komolov 35 yaşlı həyat yoldaşı İrinanı tapançadan atəş açmaqla qətlə yetirib, daha sonra isə intihar edib. Onların 12 yaşlı əkiz qızları qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR