Bank Of Baku

Moskva Metropoliteninin keçmiş rəisi barəsində cinayət işi başlanıb

Moskva Metropoliteninin keçmiş rəisi barəsində cinayət işi başlanıb
# 24 mart 2011 08:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Rusiyanın Daxili İşlər Nazirliyində (DİN) Moskva Metropoliteninin keçmiş rəisi Dmitri Qaev barəsində cinayət işi başlanılıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə DİN-nin sözçüsü İrina Dudkin bildirib. O deyib ki, D. Qaev barəsində Rusiya Cinayət Məcəlləsinin 201-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə cinayət işi qaldırılıb. İttihama görə, D. Qaev Moskva Metropoliteninin imkanlarından şəxsi məqsədləri üçün istifadə edib və bununla da dövlət büdcəsinə 112 milyon rubldan çox ziyan vurub. İttihama görə, o, metropolitenin ərazisində olan tikililəri icarəyə verib və oradan əldə olunan gəliri vergidən gizlədib. Həmçinin, əsassız olaraq sərnişinlərin gediş qiymətlərini bir neçə dəfə qaldırıb.

D. Qaev bu ilin fevralında öz xahişi ilə tutduğu vəzifədən uzaqlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR