Bank Of Baku

İrəvanda müxalifətin mitinqinə icazə verilməyib

İrəvanda müxalifətin mitinqinə icazə verilməyib
# 24 mart 2011 11:16 (UTC +04:00)
APA-nın “RİA-Novosti”yə istinadən verdiyi məlumata görə, İrəvan şəhər meriyasının mətbuat xidmətindən bildirilib ki, paytaxt rəhbərliyi müxalifətdə olan Erməni Milli Konqresinin martın 21-də mitinqlə bağlı etdiyi müraciətə cavab verib. Meriya müxalifətin aprelin 8-də “Azadlıq” meydanında keçirilmək istədiyi mitinqə icazə verməkdən imtina edib.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosiyanın rəhbərlik etdiyi Erməni Milli Konqresində ölkənin 20 müxalifət partiyası təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR