Bank Of Baku

Tbilisi bələdiyyəsinin sədri Zaal Samadaşvili: “Biz həmişə birlikdə Novruz bayramını qeyd edəcəyik”

Tbilisi bələdiyyəsinin sədri Zaal Samadaşvili: “Biz həmişə birlikdə Novruz bayramını qeyd edəcəyik”
# 25 mart 2011 04:21 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında Novruz şənlikləri davam edir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, M.F.Axundov adına Mədəniyyət Muzeyinin təşkilatçılığı ilə Krtsanisi restoranında keçirilən geniş bayram tədbirində Bakıdan gələn qonaqlar, eləcə də gürcülər və Tbilisinin ətraf rayonlarından gələn azərbaycanlı ziyalılar, dövlət nümayəndələri, Tbilisi bələdiyyəsinin və Gürcüstan parlamentinin deputatları, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmiləri, “Borçalı” ictimai cəmiyyətinin üzvləri və jurnalistlər iştirak ediblər. Tədbiri jurnalist Dursun Eyvazov açaraq Novruz bayramının tarixi və gözəlli barədə, eyni zamanda digər adət-ənənələrimizdən Azərbaycan və gürcü dillərində iştirakçılara mükəmməl məlumat verib. Muzeyin direktoru Leyla Əliyeva tədbirə qatılan qonaqlara salamlayıb, onlara təbiətin məhz bu günlərdə oyandığını, insanların əhval-ruhiyyəsinin yaxşılaşdığını söyləyib. Sonra mahnılar, saz havaları səsləndirilib və “Sarvan” folklor rəqs qrupu da Azərbaycan və gürcü xalq rəqslərini nümayiş etdirib. Tədbirdə Tbilisi şəhər bələdiyyəsinin sədri Zaal Samadaşvili, Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusubov, “Borçalı” ictimai cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Gürcüstan prezidenti yanında “Əfv” komissiyasının sədri Yelena Tevdoradze çıxış ediblər.
Tiflis şəhər bələdiyyəsinin sədri Zaal Samadaşvili jurnalistlərə Gürcüstanda keçirilən Novruz şənliklərini yüksək qiymətləndirib, bu bayramın gürcü və Azərbaycan xalqlarının tarixi dostluğunun indiki müstəvidə daha da inkişaf etdiyini vurğulayıb. “Novruz bayramı böyük bayramdır. Bu bayram artıq Gürcüstanda dövlət səviyyəsində qeyd olunan bir möhtəşəm bayrama çevrilib. Etnik cəhətdən biz bir-birimizdən ayrı olsaq da hamımız Gürcüstan vətəndaşlarıyıq. Hamı dinindən və məzhəbindən asılı olmayaraq bu gözəl bayramı qeyd edir, bir-birilərini, eyni zamanda azərbaycanlı bacı və qardaşlarımızı təbrik edirlər. Biz illərlə dost şəraitində yaşamışıq. Bu gün Gürcüstanın yaxın dostu və onun yanında duran, ona kömək edən yalnız Azərbaycandır. Bizim dostluğumuz əbədidir. Mənim 57 yaşım var . Mən bu dostluq ənənələrini oğluma və nəvələrimə ötürəcəyəm. Biz həmişə birlikdə Novruz bayramını qeyd edəcəyik.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR