Bank Of Baku

Qırğızıstan daxili işlər naziri: «Məmurların və deputatların telefonları dinlənilir»

Qırğızıstan daxili işlər naziri: «Məmurların və deputatların telefonları dinlənilir»
# 25 mart 2011 17:48 (UTC +04:00)
Bakı-APA. Qırğızıstanın yüksək vəzifəli məmurlarının və deputatlarının telefonları dinlənilir. Bu barədə parlamentdə çıxış edən ölkənin daxili işlər naziri Zarılbek Rısaliyev bəyan edib.

«Mənim və sizin telefonlarınız dinlənilir. Təbii ki, mən telefonla açıq danışa bilmirəm», deyə o bildirib. Rısaliyev bununla mütəşəkkil cinayətkar qruplaşmaların liderlərinin cinayət işləri barədə informasiyanı hansı səbəbdən telefonla demədiyini izah etmək istəyib.

Qırğızıstan DİN başçısı deputatlar və nazirlərin telefonlarına hansı qüvvələrin qulaq asdığını deməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR