Bank Of Baku

Belarus Venesueladan neft almaqdan imtina edib

Belarus Venesueladan neft almaqdan imtina edib
# 26 mart 2011 10:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Belarus Venesueladan neft almaqdan imtina edib. APA-nın məlumatına görə, rəsmi Minskin bu addımı Xəzər hövzəsindən neftin nəqlini həyata keçirən «Odessa-Brodı» neft kəmərinin səmərəliliyinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcək.

Qeyd edək ki, yanvarın 30-da "Ukrtransnafta" ASC «Odessa-Brodı» kəməri ilə Belarusun Mozır neft emalı zavoduna Azərbaycan neftinin tranzitinə başlayıb.

Venesuela ilə Belarus arasında bağlanmış müqaviləyə əsasən, bu ölkədə çıxarılan «Santa-Barbara» markalı neftin əvəzində Belarusa eyni keyfiyyətli Azərbaycan nefti göndərilir. Venesuela ilə Belarus arasında bağlanan müqaviləyə əsasən, Azərbaycan svop rejimində Belarusa ildə 5 mln. ton neft ötürməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR