Bank Of Baku

Kiyevdə “Çernobıl qəzasının 25 illiyi. Gələcəyin təhlükəsizliyi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Kiyevdə “Çernobıl qəzasının 25 illiyi. Gələcəyin təhlükəsizliyi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək
# 29 mart 2011 08:13 (UTC +04:00)
APA-nın məlumatına görə, konfrans çərçivəsində “Nüvə enerjisindən təhlükəsiz və innovasion istifadəsi məsələlərinə dair sammit” və “Çernobıl donor konfransı” adlı tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

Beynəlxalq konfransda BMT-nin baş katibi Pan Gi Mun, Avropa Şurasının baş katibi Tyornborn Yaqland, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo, MAQATE-nin baş direktoru Yukio Amano, Ukrayna prezidenti Viktor Yanukoviç, Rusiya prezidenti Dmitri Medvedyev, Belarus prezidenti Aleksandr Lukaşenko və s. ölkə və hökumət başçılarının, qurum rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.

Azərbaycan konfransda iştirakını təsdiqləyib və Çernobıl sarkofaqının üstünün örtülməsi üçün maliyyə yardımı göstərəcəyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR