Bank Of Baku

Ermənistanda 2 həftədir aclıq aksiyası keçirən partiya liderinin vəziyyəti pisləşir

Ermənistanda 2 həftədir aclıq aksiyası keçirən partiya liderinin vəziyyəti pisləşir
# 29 mart 2011 16:31 (UTC +04:00)
APA-nın “Armenia today” xəbər portalına istinadən verdiyi məlumata görə, müxalifət liderini müayinə edən 4-cü poliklinikanın həkimi Tina Malxasyan oun aclığı dayandırmağa çağırıb. Həkim bildirib ki, aclığın davam etməsi halında R. Ovannisyanın qaraciyərində, böyrəklərində və gözlərində problem yarana bilər.

Partiya lideri isə deyib ki, səhhəti kritik həddə çatarsa, öz qərarına yenidən baxa bilər: “Hazırda vəziyyət sabitdir. Aclıq 15-ci günə daxil olur. Nə qədər ki, iradəm var, aksiyanı davam etdirəcəyəm və dayandırıb-dayandırmamaq qərarını da özüm verəcəyəm”.

Ermənistanın sabiq xarici işlər naziri olan R. İvannisyan prezident Serj Sarkisyanın istefasını və ölkədə azad, ədalətli seçkilərin keçirilməsini tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR