Bank Of Baku

Türkmənistanın milli təhlükəsizlik naziri işdən azad olunub

Türkmənistanın milli təhlükəsizlik naziri işdən azad olunub
# 30 mart 2011 06:55 (UTC +04:00)
Aşqabad-APA. Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov milli təhlükəsizlik naziri Çarımırat Amanovu vəzifəsindən azad edib. APA-nın məlumatına görə, nazirin işdən azad edilməsi üzərinə düşən vəzifələri yerinə yetirə bilməməsi ilə əsaslandırılıb. Prezidentin sərəncamı ilə Türkmənistanın müdafiə naziri, Milli Təhlükəsizlik Şurasının katibi Yaylım Berdıyev milli təhlükəsizlik naziri təyin edilib. Onun birinci müavini Beqneç Gündoğduyev isə müdafiə naziri təyin olunub. Yaylım Berdıyev 2009-cu ildən Müdafiə Nazirliyinə rəhbərlik edir. Buna qədər isə o Dövlət Gömrük Xidmətinin rəhbəri vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR