Bank Of Baku

Doku Umarovun şəxsi həkimi öldürülüb

Doku Umarovun şəxsi həkimi öldürülüb
# 31 mart 2011 08:33 (UTC +04:00)
Bakı-APA. İnquşetiyada martın 28-də keçirilən xüsusi əməliyyat zamanı öldürülən silahlılar arasında Doku Umarovun şəxsi həkimi Yusup Buzurtanov da var. APA-nın məlumatına görə, Buzurtanovun meyitinin yanında dərman çantası, o cümlədən insulin şprisləri tapılıb. Bu səbəbdən Doku Umarovun şəkər xəstəliyindən əziyyət çəkdiyi ehtimal olunur. Mücahidlərinin liderinin meyiti isə ölənlərin meyiti arasında aşkarlanmayıb. Ümumilikdə keçirilən əməliyyat zamanı 16 terrorçu öldürülüb. 14 meyitin şəxsiyyəti müəyyənləşib, onlardan ikisi Umarovun cangüdənləri Supyan Abdullayev və Aslan Byutukayevdir. Bəzi məlumatlara görə, terrorçuların bazasına endirilən raket zərbələri zamanı silahlıların bir qismi aradan çıxa bilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR