Bank Of Baku

İsveçrə prezidenti: “Ermənistanla Türkiyə arasında imzalanmış protokolların ratifikasiyası vacibdir”

İsveçrə prezidenti: “Ermənistanla Türkiyə arasında imzalanmış protokolların ratifikasiyası vacibdir”
# 31 mart 2011 13:34 (UTC +04:00)
Bakı – APA. Ermənistanda rəsmi səfərdə olan İsveçrə prezidenti, federal xarici işlər departamentinin rəhbəri Mişelin Kalmi-Rey (Micheline Calmy-Rey) xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. APA-nın “Armenia today” xəbər portalına istinadən verdiyi məlumata görə, M. K. Rey İsveçrənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti çox diqqətlə izlədiyini deyib. O, ölkəsinin ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiklərini söyləyib.

M. K. Rey Ermənistanla Türkiyə arasındakı yaxınlaşma prosesinə dəstək verməyə davam edəcəklərini də vurğulayıb. O bildirib ki, İsveçrə iki ölkə arasında imzalanmış protokolların ratifikasiyasını vacib sayır və tərəflərə bu məsələdə yardımçı olmağa hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR