Bank Of Baku

Rusiya Lüdmila Qurçenko ilə vidalaşır

Rusiya Lüdmila Qurçenko ilə vidalaşır
# 31 mart 2011 22:48 (UTC +04:00)
Bakı-APA. Rusiya keçmiş SSRİ-nin ən populyar aktrisalarından biri olan Lüdmila Qurçenko ilə vidalaşır.
APA-nın verdiyi xəbərə görə, tananınmış aktrisanın Moskvadakı evinin qarşısına yüzlərlə insan yığışıb, evin girişinə təbii güllər düzülüb. Onunla vidalaşmaqdan ötrü keçmiş SSRİ respublikalarından və başqa dövlətlərdən incəsənət xadimləri Moskvaya gəliblər.
Qurçenko martın 31-də Moskvadakı evində, 75 yaşında vəfat edib.
Lüdmila Qurçenko yarım əsr müddətində 80-dən çox filmdə oynayıb.
Onun ən uğurlu filmləri “Karnaval Gecəsi”, “İki nəfər üçün vağzal”, “Məhəbbət və göyərçinlər” və sair olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR