Bank Of Baku

Serj Sarkisyan prezident Obamadan qondarma “erməni soyqırımı”nı tanımasını istəyib

Serj Sarkisyan prezident Obamadan qondarma  “erməni soyqırımı”nı tanımasını istəyib
# 01 aprel 2011 01:38 (UTC +04:00)
Bakı-APA. Ermənistan prezidenti Serj Sarkisyan ABŞ prezidenti Barak Obamanı Osmanlı imperatorluğu dövrü Türkiyədə törədilmiş qondarma “soyqırımı” tanımağa çağırıb.

APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Sarkisyan deyib ki, o, Obamadan aprelin 24-də qətllərin ildönümü günü öz çıxışında bunu qeyd etməsini istəyib.

Ermənistan prezidenti bu açıqlamanı ölkədə səfərdə olan isveçrəli həmkarı Mişelin Kalmi-Reylə birgə mətbuat konfransı zamanı verib. O deyib ki, Ermənistan dəfələrlə Birləşmiş Ştatlardan “soyqırım” ifadəsini işlətməyi istəyib.

Isveçrə prezidenti Kalmi-Rey isə Ermənistan və Türkiyəni ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində dialoqu yeniləməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR