Bank Of Baku

Belarusda 31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbir keçirilib

Belarusda 31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbir keçirilib
# 01 aprel 2011 18:56 (UTC +04:00)
Bakı-APA. 31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Azərbaycanın Belarusdakı səfirliyində tədbir keçirilib. Tədbirdə Belarusda məskunlaşmış həmvətənlərimiz, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, yerli ziyalılar iştirak ediblər.

Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev tədbirdə çıxış edərək, mart qətliamı ilə bağlı geniş məlumat verib və əsrlər boyu ermənilər və onların havadarları tərəfindən xalqımızın başına gətirilən bu kimi faciələrin səbəblərini tarixi proseslər fonunda izah etməklə həmin faciələrin bir daha yaşanmaması üçün unutqan olmamağımızın zəruriliyini önə çəkib. Tədbirdə həmçinin səfirliyin müşaviri Z.Şükürov mövzu ilə bağlı məruzə ilə çıxış edib. Daha sonra Belarusda fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin rəhbəri R.Novruzov, Azərbaycan icmaları konqresinin sədri N.Bağırov, M.Tank adına Belarus Dövlət Pedaqoji universitetinin tələbəsi A.Əliyeva çıxış edərək yaşayış yerindən asılı olmayaraq hər bir azərbaycanlı üçün tarixi faktlara əsaslanmaqla bu kimi faciələri törədən erməni cəlladlarının həqiqi iç üzünü açmağın vacibliyini qeyd ediblər.

Tədbirdə həmçinin 31 mart hadisələri ilə bağlı sənədli film nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR