Bank Of Baku

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Qazaxıstanda növbədənkənar  prezident seçkiləri keçiriləcək
# 03 aprel 2011 00:25 (UTC +04:00)
Bakı-APA. Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, seçkilərdə 4 namizəd var: hazırkı prezident Nursultan Nazarbayov (“Nur Otan” partiyası), Kommunist Xalq partiyasından Jambıl Əhmətbəyov, Vətənpərvər partiyasından senator Qani Qasımov və “Tabigat” Ekoloji İttifaqın lideri Mels Eleusizov.
Qazaxıstana ən çox müşahidəçi missiyaları ATƏT və MDB göndərib.
Növbədənkənar prezident seçkiləri keçirilməsi təşəbbüsünü Nursultan Nazarbayov 2020-ci ilə kimi onun səlahiyyətlərinin uzadılmasına dair referendumda qalib gələndən sonra irəli sürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR