Bank Of Baku

Qazaxıstanda prezident seçkiləri keçirilir

Qazaxıstanda prezident seçkiləri keçirilir
# 03 aprel 2011 10:09 (UTC +04:00)
Səsvermə yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə 19.00) başa çatacaq. Bundan sonra səslərin sayılmasına başlanacaq.

Prezident postu uğrunda 4 namizəd mübarizə aparır. Bunlar hazırkı prezident Nursultan Nazarbayev, Qazaxıstan Kommunist Xalq Partiyasının sədri Jambıl Axmetbekov, senator Qəni Qasımov və ekoloq Mels Yeleusizovdur.

N. Nazarabayev 4-cü müddətə prezident olmaq istəyir. O, 20 ildir ki, Qazaxıstana rəhbərlik edir. Rəsmi məlumatlara görə, ötən seçkilərdə o, 91,15% səs toplayıb.

Seçki bülletenlərində “hamının əleyhinə” bəndi yoxdur. Qanunvericiliyə görə, seçkilərdə seçici minimumu nəzərdə tutulmur, istənilən seçici sayı seçkilərin baş tutması üçün yetərlidir.

Seçici siyahılarda Qazaxıstanın 16,4 milyon əhalisindən səsvermə hüququ olan 9 milyonunun adı var. Səslərin 50%-dən çoxunu toplayacaq şəxs qalib sayılacaq.

Mərkəzi Seçki Komissiyası ilkin nəticələri aprelin 4-də açıqlayacaq. Rəsmi nəticələr isə səsvermə günündən 10 gün ərzində elan edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR