Bank Of Baku

Rusiya prezidenti Daxili İşlər Nazirliyinin 10 generalını vəzifədən qovub

Rusiya prezidenti Daxili İşlər Nazirliyinin 10 generalını vəzifədən qovub
# 05 aprel 2011 08:44 (UTC +04:00)
Bakı – APA. Rusiya prezidenti Dmitri Medvedev Daxili İşlər Nazirliyinin 10 generalının vəzifələrindən azad olunması haqqında fərmanlar imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, vəzifədən uzaqlaşdırılan generallar arasında DİN-in baş müfəttişləri Xurşud Numanov və Mixail Slizkov da var.

DİN-in İdarəetmə Akademiyasının rəis müavini Aleksandr Artemyev, DİN-in Rostov Hüquq İnstitutunun rəisi Gennadi Barkovski, Çelyabinsk Hüquq İnstitutunun rəisi Vladimir İoqoloviç, Saratov Hüquq İnstitutunun rəisi Valeri Nazarov, DİN-in Moskva Universitetinin rəis müavini Qriqori Skripkin, Ufa Hüquq İnstitutunun rəisi Faim Muxametşin, DİN-in operativ axtarış bürosunun rəis müavini Yuri Borodastov, Təşkilat-müfəttişlik inspeksiyasının rəis müavini Leonid Xeylo da öz postları ilə vidalaşıblar.

Qeyd edək ki, ötən həftə D. Medvedev DİN-in bəzi regionlardakı rəhbər işçilərini vəzifələrindən azad etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR