Bank Of Baku

Qərbi Avropa və ABŞ Lukaşenko üzərinə təzyiqi artırır

Qərbi Avropa və ABŞ Lukaşenko üzərinə təzyiqi artırır
# 05 aprel 2011 20:43 (UTC +04:00)
Bakı-APA. “Aleksandr Lukaşenko öz xalqına qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunmalıdır”.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Amerika Konqresinin üzvü, respublikaçı Kris Smit deyib.

Nümayəndələr Palatasının Avropa üzrə alt Komitəsinin sədri olan Smit deyib ki, Lukaşenlo özünün beynəlxalq təəhhüdlərini qulaqardına vurur.

Vaşiqnton bildirib ki, ötən dekabrda Minskdə prezidentliyə müxalifətçi namizədlərə qarşı zorakılıq səhv istiqamətdə atılan ən böyük addım olub.

"Seçkilərdən sonra Belarusa belə “axmaq demokratiya” lazım deyil ”, deməklə Lukaşenko əslində öz xalqını məsxərəyə qoymaqla təhqir edib ” – deyib Smit.

Mart ayında Human Rights Watch təşkilatı bildirmişdi ki, BMT-nin Belarusda törədilən repressiyaları araşdırması vaxtı çatıb.

Bundan əvvəl ABŞ Belarus enerji şirkətinin üzərinə İranla sövdələşdiyinə görə sanksiyalar qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR