Bank Of Baku

Ceyms Appaturay: “NATO Gürcüstanın ərazi bütövlüyü məsələsində kompromisə getməyəcək”

Ceyms Appaturay: “NATO Gürcüstanın ərazi bütövlüyü məsələsində kompromisə getməyəcək”
# 07 aprel 2011 13:23 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstana bir günlük rəsmi səfərə gəlib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, NATO baş katibinin xüsusi nümayəndəsi bu gün xarici işlər naziri Qriqol Vaşadze ilə görüşüb. Görüşdən sonra jurnalistlər üçün mətbuat konfransı keçirilib. Ceyms Appaturay jurnalistlərə açıqlamasında bildirib ki, NATO Gürcüstanın ərazi bütövlüyü məsələsində kompromisə getməyəcək: “Bu, Gürcüstanla NATO arasında olan əsas prinsipdir. Biz Abxaziyanı və Cənubi Osetiyanın müstəqilliyini tanımayacağıq”.

Ceyms Appaturay Gürcüstanın Rusiya ilə münasibətlər qurmaq cəhdlərinə də münasibət bildirib: “Bu əlaqəni Gürcüstan özü yaratmalıdır. NATO öz tərfdaşı olan Gürcüstana öz qonşuları ilə necə əlaqə qurmasını tpvsiyə edə bilməz. Biz istərdik ki, Gürcüstan-Rusiya əməkdaşlığında inkişaf olsun. Bu, istər Gürcüstan üçün, istərsə də NATO üçün sərfəlidir”.

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bildirib ki, heç bir üçüncü ölkə Gürcüstanın alyansa üzv olmasına veto qoya bilməz.

Qeyd edək ki, bu gün NATO baş katibinin xüsusi nümayəndəsinin müxalifət liderləri ilə də görüşü gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR