Bank Of Baku

Moskvada Araz Ağalarovun “Uzaq Şərq. 21-ci əsrin kəşfi: Rus adası” adlı layihəsinə həsr olunan konfrans keçirilib

Moskvada  Araz Ağalarovun “Uzaq Şərq. 21-ci əsrin kəşfi: Rus adası” adlı layihəsinə həsr olunan konfrans keçirilib
# 07 aprel 2011 21:51 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Mərkəzi Jurnalistlər Evində təşkil olunan konfransda tanınmış iş adamı Araz Ağalarov iştirak edib. Konfransda çıxış edən Mərkəzi Jurnalistlər Evinin sədri Vsevolod Boqdanov Rusiya hökumətinin sifarişi ilə “Crokus İnternational” şirkətlər qrupunun prezidenti Araz Ağalarovun həyata keçirdiyi dünyada analoqu olmayan “Uzaq Şərq. 21-ci əsrin kəşfi: Rus adası” proyekti barədə qısa məlumat verib.

Daha sonra çıxış edən Araz Ağalarov layihənin miqyasından söz açıb. O Rusiya hökumətinin sifarişi ilə 2009-cu ildən bünövrəsi qoyulan bu Universitet-şəhərciyi proyekti çərçivəsində bir sıra başqa layihələrin gerçəkləşməsinin mümkün olacağını bildirib. Onun sözlərinə görə, bu layihə dünyanın bir neçə investisiya şirkətlərin maraq obyektinə çevrilib.

İş adamı Rusiya Federasiyanın baş naziri Vladimir Putinin sözü gedən tikinti məkanına baş çəkdiyini və qısa müddətdə görülən işləri çox bəyəndiyini söyləyib: “Universitet-şəhərciyinin açılışı Asiya-Sakit okean iqtisadi-əməkdaşlıq forumu çərçivəsində baş tutacaq”.

Konfransda çıxış edən Rusiya Dövlət Dumasının deputatı Boris Reznik “Crokus İnternational” şirkətlər qrupunun digər layihələri ilə tanış olduğunu və Rus adasının da yaxın gələcəkdə təhvil veriləcəyini bildirib. O, Universitet-şəhərciyi olan Rus adasının dünyanın bir sıra iri layihələri ilə müqayisə olunduğunu söyləyib.

Daha sonra Araz Ağalarov yerli və xarici media nümayəndələrinin suallarını cavablandırıb. Azərbaycanla bağlı planlarını şərh edən iş adamı uzaq şərqdə həyata keçirilən bu layihənin başa çatmasından sonra belə miqyaslı layihələrin gələcəkdə Azərbaycanda da reallaşdırılmasını istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR