Bank Of Baku

Ermənistanda müxalifətin növbəti mitinqi keçirilib

Ermənistanda müxalifətin növbəti mitinqi keçirilib
# 08 aprel 2011 22:12 (UTC +04:00)
Bakı-APA. Aprelin 8-də İrəvanda Erməni Milli Konqresinin (EMK) növbəti mitinqi keçirilib.

Matenadaran Qədim əlyazmalar institutunun önündə başlayan mitinqdə keçmiş baş nazir Qrant Baqratyan, məşhur rejissor və artist Yervand Manaryan, keçmiş hərbi prokuror Qagik Cangiryan, EÜH idarə heyətinin sədri Aram Manukyan, «Respublika» partiyasının lideri, keçmiş baş nazir Aram Sərkisyan, Xalq partiyasının lideri Stepan Dəmirçyan çıxış ediblər.

EMK koordinatoru Levon Zurabyanın çağırışından sonra mitinq iştirakçıları İrəvanın Azadlıq meydanına doğru yönəliblər. Polis onların meydana daxil olmasına mane olmayıb. Meydandakı mitinq iştirakçıları qarşısında Erməni Milli Konqresinin lideri, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR