Bank Of Baku

Gürcüstanda 9 Aprel faciəsi anılıb

Gürcüstanda 9 Aprel faciəsi anılıb
# 09 aprel 2011 14:32 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın Tiflisi və Marneuli şəhərlərində 1989-cu ilin aprelin 9-da baş vermiş faciədə milli müstəqillik uğrunda həlak olanların xatirəsi anılması ilə bağlı tədbirlər keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, artıq dünəndən Gürcüstan parlamentinin binasının qarşısında yerli sakinlər toplaşaraq həmin hadisələrdə həlak olanları anıblar. Aksiyada Gürcüstan parlamentinin sədri David Bakradze də iştirak edib.
Bu gün isə Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) gənclər, ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə toplantı keçirilib. Tədbirdə çıxış edən Mərkəzin sədri Fazil Həsənov gənclərə 22 il öncə Gürcüstan paytaxtında baş verən hadisələrlə bağlı xatirələrini danışıb: «Müstəqillik qan bahasına qazanılıb. Gürcüstanda, eləcə də Azərbaycanda baş verən oxşar faciələr xalqın milli müstəqilliyə can atdığını bir daha göstərdi və xalq öz qəhrəmanlığını tarixin səhifələrinə şərəflə qan bahasına yazdı».
Tədbirdə çıxış edən Gürcüstan və Avropa Tarix Müəllimləri Assosiasiyasının üzvü Nərgiz Nəbiyeva Cənubi Qafqaz dövlətlərinin talelərinin oxşar olduğunu bildirib: «Bu regionda, xüsusən Gürcüstan və Azərbaycanda Rusiya tərəfindən I Pyotrun vəsiyyətləri hələ də dönmədən həyata keçirilməkdədir, 9 Aprel və 20 Yanvar hadisələri buna sübutdur».
Xatırladaq ki, 1989-cu ilin aprelin 9-da keçmiş SSRİ Müdafiə Nazirliyinin hərbçiləri tərəfindən Tiflisdə dinc əhalinin keçirdiyi mitinq dağıdılıb, nəticədə 21 nəfər həlak olub. İki il sonra 9 Aprel «Gürcüstanın Dövlət Müstəqilliyinin bərpası Günü» elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR