Bank Of Baku

Gürcüstanda 5 yaşlı uşaqların məktəbə qəbulu könüllüdür

Gürcüstanda 5 yaşlı uşaqların məktəbə qəbulu könüllüdür
# 10 aprel 2011 00:42 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda 5 yaşlı uşaqların məktəblərə qəbulu könüllüdür. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan elm və təhsil nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, bu yaxınlarda yeni dərs ilindən Tiflisdə 5 yaşlı uşaqları vaxtında məktəbə qoymayan ailələrə 500 lari məbləğində cərimə tədbiq olunacağı barədə şaiələr yayılıb. Təhsil nazirıliyi əsası olmayan bu məlumatı təkzib edib. Nazirlikdən bildirilib ki, birincilərin məktəbə qəbulu may ayının 15-nə qədər davam edəcək.
Xatırladaq ki, gələn yeni dərs ilində Gürcüstandakı məktəblərə 5 yaşlı uşaqlar qəbul olunacaq. “Lakin bu zaman heç bir məcburetmə söhbəti ola bilməz,”-nazirlikdə bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR