Bank Of Baku

Tbilisidə Polşa prezidenti Lex Kaçinskinin faciəli ölümünün ildönümü ilə bağlı sərgi açılıb

Tbilisidə Polşa prezidenti Lex Kaçinskinin faciəli ölümünün ildönümü ilə bağlı sərgi açılıb
# 10 aprel 2011 03:21 (UTC +04:00)
Tbilisidə. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında Polşa prezidentinin faciəli ölümünün ildönümü ilə bağlı foto-sərgi açılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgi Polşa səfirliyinin və Gürcüstan rəssamlıq akademiyasının təşkilatçılığı ilə təşkil edilib. Məlumata görə, sərgidə Polşa prezidentinin 2008-ci il avqust müharibəsi zamanı Gürcüstana səfəri zamanı çəkilən şəkillər, eyni zamanda Lex Kaçinskinin faciəsini Gürcüstanın necə yad etməsi foto şəkillərdə təqdim olunur.
Tədbirə Gürcüstan parlamentinin sədri David Bakradze və Polşanın Gürcüstandakı səfiri Ursula Doroşevska da qatılıb. D. Bakradze bir daha faciə ilə bağlı Polşa xalqına başsağlığı bildirib. “Gürcüstan Lex Kaçinskinin şəxsində Polşa böyük dostunu itirdi, Polşa isə-böyük vətənpərvər oğlunu itirdi. Smolensk yaxınlığında təyyarə qəzasında həlak olanların xatirəsini yad etmək lazımdır. Gürcüstanın çətin günlərində Polşa bizimlə birlikdə oldu. Buna görə də onlara bir daha sağ olun, demək istəyirəm,-” Bakradze jurnalistlərə bildirib.
Sərgiyə gələn Gürcüstanın ictimaiyyət və parlament nümayəndələri sərgidə təşkil edilən xatirə kitabına ürək sözlərini yazıblar.
Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi aprelin 10-da Bakı vaxtı ilə saat 12 radələrində Smolensk yaxınlığında aerodroma eniş zamanı qəzaya uğrayıb. Polşa prezidenti və xanımı Mariya Kaçinskaya da daxil olmaqla, təyyarənin göyərtəsindəki 96 nəfərin hamısı həlak olub. Həlak olanlar arasında Polşanın yüksək vəzifəli rəsmi şəxsləri, görkəmli ictimai-siyasi xadimləri olub. Nümayəndə heyəti Katın faciəsinin qurbanlarının anım mərasimində iştirak etmək üçün Rusiyanın Smolensk şəhərinə gəlirmiş.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR