Bank Of Baku

MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclası keçiriləcək

MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclası keçiriləcək
# 11 aprel 2011 08:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Aprelin 21-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclası keçiriləcək. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan, Ermənistan, Ukrayna, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğızıstan sərhəd xidmətlərinin rəhbərləri ilə yanaşı, Avropa Sərhəd Agentliyi – FRONTEX nümayəndələrinin də iştirakı gözlənilir.

İclasda MDB ölkələrinin müvafiq strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi, narkotik qaçaqmalçılığı, qeyri-qanuni miqrasiya, transmilli silahlı cinayətkar qruplarla mübarizə, dəniz sərhədlərində təhlükəsizlik, sərhəd infrastruktrunun gücləndirilməsi və s. məsələlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR