Bank Of Baku

Qəzaya uğramış “Tu-154” təyyarəsinin qurbanlarının şərəfinə ucaldılacaq lövhənin mətni Rusiya və Polşa arasında razılaşdırılacaq

Qəzaya uğramış “Tu-154” təyyarəsinin qurbanlarının şərəfinə ucaldılacaq lövhənin mətni Rusiya və Polşa arasında razılaşdırılacaq
# 11 aprel 2011 14:50 (UTC +04:00)
Bakı-APA. Rusiya və Polşa sabiq prezident Lex Kaçinskinin vəfat etdiyi təyyarə qəzasının qurbanlarının abidəsi üzərində iş üzrə beynəlxalq qrup yaradacaqlar. APA-nın məlumatına görə, Polşa prezidenti Bronislav Komorovski bildirib ki, abidənin üzərinə yazılacaq yazının mətni tərəflər arasında razılaşdırılacaq: “Yazılar rus və polyak dillərində olacaq. Rusiya prezidenti Dmitri Medvedyev beynəlxalq qrupun işinə dəstək verəcəyini vəd edib”.

Xatırladaq ki, Polşa mətbuatı prezident Komarovskinin qəza baş verən yerdə qoyulmuş xatirə lövhəsinin önünə gül dəstəsi qoymaqdan imtina edəcəyini yazıb. Buna səbəb Rusiya hakimiyyət orqanlarının memorial lövhənin üzərinə qəza qurbanlarının qohumları tərəfindən yazılan mətni polyak dilində başqa mətnlə dəyişdirməsidir. Smolensk qubernatoru bu addımı mətnin yerli hakimiyyət orqanları ilə razılaşdırılmaması ilə əsaslandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR