Bank Of Baku

Minsk metrosunda partlayış törətdiyi güman olunan şəxs müəyyənləşdirib

Minsk metrosunda partlayış törətdiyi güman olunan şəxs müəyyənləşdirib
# 12 aprel 2011 07:27 (UTC +04:00)
Bakı – APA. İstintaq Minsk metrosunda baş verən və 12 nəfərin ölümü ilə nəticələnən partlayışı törətdiyi güman olunan şəxsi müəyyənləşdirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Belarus Dövlət Təhlükəsizlik Komitəsi açıqlayıb. DTK həmin şəxsin axtarıldığını bildirib.

Xatırladaq ki, aprelin 11-də gecə Minsk metrosunun “Oktyabrskaya” stansiyasında partlayış baş verib. Nəticədə 12 nəfər ölüb, 149 nəfər yaralanıb. Belarus Baş Prokurorluğu partlayışı terror aktı kimi xarakterizə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR