Bank Of Baku

Dağıstanda milis əməkdaşlarının avtomobil karvanı hücuma məruz qalıb

Dağıstanda milis əməkdaşlarının avtomobil karvanı hücuma məruz qalıb
# 12 aprel 2011 07:43 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyasının Dağıstan Respublikasında milis əməkdaşlarının avtomobil karvanı hücuma məruz qalıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, əməliyyatdan qayıdan güc strukturları əməkdaşlarının avtomobil karvanına Sumadin rayonunun İçida kəndi ərazisində hücum edilib. Əvvəlcə partlayış törədilib, sonra karvan atəşə tutulub. Nəticədə 2 milis öldürülüb, 3-ü yaralanıb. Milislər cavab atəşi açıblar. Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR