Bank Of Baku

Moskvada erməni məktəbli 4 sinif yoldaşını bıçaqlayıb

Moskvada erməni məktəbli 4 sinif yoldaşını bıçaqlayıb
# 12 aprel 2011 12:06 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 15 yaşlı məktəb şagirdi sinif yoldaşlarını bıçaqlayıb. APA-nın “Armenia today” xəbər portalına istinadən verdiyi məlumata görə, Sergey Arutunyan adlı şagird evinə gələn 4 sinif yoldaşına, o cümlədən bir qız uşağına bıçaqla xəsarətlər yetirib.

Rusiya Prokurorluğunun Moskva üzrə Baş İstintaq İdarəsinin nümayəndəsi Viktoriya Tsıplenkova bildirib ki, S. Arutunyan məktəblilərin həyati əhəmiyyətli orqanlarına çoxsaylı bıçaq zərbələri endirib. Yaralılar Anton Qrekov, Ulyana Seleznyova, Qleb Bəşirov və Mixail Petrovski ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. U. Seleznyovanın gözü çıxıb.

Hadisədən sonra həbs olunan S. Arutunyan özünü günahkar saymır və istintaqa ifadə vermir. Onu 10 ilə qədər həbs gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR