Bank Of Baku

Ermənistan parlamenti ölkədəki Rusiya hərbi bazasının icarə müddətinin uzadılmasına dair protokolu ratifikasiya edib

Ermənistan parlamenti ölkədəki Rusiya hərbi bazasının icarə müddətinin uzadılmasına dair protokolu ratifikasiya edib
# 13 aprel 2011 09:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Ermənistan parlamenti Ermənistan və Rusiya arasında Gümrüdəki hərbi bazanın icarə müddətinin uzadılmasına dair imzalanmış protokolu ratifikasiya edib. APA-nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, protokola əsasən Ermənistanın təhlükəsizliyi iki ölkənin silahlı qüvvələri tərəfindən birgə təmin olunacaq, həmçinin Rusiya erməni ordusunu modern silahlarla təchiz edəcək.

Dəyişikliklə Ermənistandakı Rusiya hərbi bazasının bu ölkədə qalma müddəti 25 ildən 45 ilə çatdırılıb.

Qeyd edək ki, iki ölkə arasında protokol 2010-cu ilin avqust ayında imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR