Bank Of Baku

MDB ölkələri baş qərargah rəisləri komitəsinin iclası keçirilir

MDB ölkələri baş qərargah rəisləri komitəsinin iclası keçirilir
# 13 aprel 2011 12:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB ölkələri silahlı qüvvələrinin baş qərargah rəisləri komitəsinin iclası başlayıb. APA-nın məlumatına görə, iclasın açılışında çıxış edən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nikolay Makarov bildirib ki, Minsk metrosunda baş vermiş bu hadisə terrorun sərhəd tanımadığını göstərir.

Tacikistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Ramil Nadirov iclasda qarşılıqlı əlaqələr, gözlənilən təhdidlər və əməkdaşlıq perspektivlərinin müzakirə olunacağını deyib. İclasda həmçinin hərbi təyinatlı məmulatların yaradılması, birləşdirilmiş sistemlərin mükəmməlləşdirilməsi kimi sənədlərə baxılacaq. MDB çərçivəsində 2015-ci ilə qədərki əməkdaşlıq istiqamətləri, həmçinin bir sıra ölkələrin silahlı qüvvələri arasında birgə tədbirlərin keçirilməsinə dair müzakirələr aparılacaq.

İclasda Azərbaycanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR