Bank Of Baku

Moskvada gizli müəssisədə məcburi əməyə cəlb olunan 110 qeyri-leqal mühacir aşkarlanıb

Moskvada gizli müəssisədə məcburi əməyə cəlb olunan 110 qeyri-leqal mühacir aşkarlanıb
# 14 aprel 2011 08:55 (UTC +04:00)
Bakı-APA. Moskvanın qərbində keçirilən əməliyyat zamanı qeyri-leqal mühacirlərin məcburi əməyə cəlb olunduğu qapalı müəssisə aşkarlanıb. APA-nın məlumatına görə, tikanlı məftillə sarılmış 4 metrlik beton divarın arxasında yerin altında yerləşən müəssisədə 110 kişi və qadın mühacirin yaşadığı müəyyənləşib. Federal Miqrasiya Xidməti orada duş kabinələri, yataq dəstləri, hətta körpə uşaqlar üçün otaqlar aşkarlayıblar. Saxlanan şəxslərdən 16 nəfərinin Moskvada törədilən cinayətlərlə əlaqəsi olub-olmadığı aydınlaşdırılır. Müəssisədə ülgüc və tikiş maşınları üçün iynə istehsalı ilə məşğul olan qeyri-leqal mühacirlər vətənlərinə göndəriləcəklər. Faktla bağlı müəssisə rəhbərliyinə qarşı bir neçə maddə ilə cinayət işi başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR