Bank Of Baku

Ukraynada yeni hərbi doktrina qəbul edilib

Ukraynada yeni hərbi doktrina qəbul edilib
# 14 aprel 2011 10:32 (UTC +04:00)
Bakı – APA. Ukrayna Ali Radası ölkənin yeni hərbi doktrinasını qəbul edib. APA-nın “Kommersant-Ukraina”ya istinadən verdiyi məlumata görə, sənəd prezident Viktor Yanukoviç tərəfindən imzalanmadan ictimaiyyətə açıqlanmayacaq. Lakin qəzet doktrinanın müddəaları ilə tanış ola bilib.

Sənəd Ukraynanın bloklardan kənar statusunu möhkəmləndirir. 2010-cu ilin iyulunda V. Yanukoviç hərbi bloklarda iştirakdan imtina barədə fərman imzalayıb. Bununla da Ukrayna NATO-ya üzvlükdən imtina edib. Ukrayna Rusiyanın başçılığı ilə bəzi MDB ölkələrinin yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmayacağını da bildirib.

Doktrina müəllifləri orta müddətli perspektivdə hər hansı dövlətin Ukraynaya qarşı müharibəyə başlayacağı ehtimalının zəif olduğunu düşünür. Buna baxmayaraq, qeyd olunur ki, əgər ölkə hakimiyyəti hərbi münaqişəni qaçılmaz saysa Ukrayna öz müdafiə qabiliyyətini, təcavüzü dəf etmə hazırlığını, potensial təcavüzkara ağır zərbə endirmək bacarığını nümayiş etdirəcək.

Prezidentin müşaviri Yuri Samoylenko bildirib ki, yeni doktrinada Ukrayna Silahlı Qüvvələrində islahat strategiyası və nə qədər əsgər lazım olduğu da əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR