Bank Of Baku

Medvedyev Qərbi Liviyadakı əməliyyatlarla bağlı səlahiyyətlərini aşmaqda ittiham edib

Medvedyev Qərbi Liviyadakı əməliyyatlarla bağlı səlahiyyətlərini aşmaqda ittiham edib
# 14 aprel 2011 12:01 (UTC +04:00)
APA-nın məlumatına görə, bu bəyanatla Rusiya prezidenti Dmitri Medvedyev çıxış edib.

O bildirib ki, Liviya ilə bağlı qətnamə normal sənəddir, lakin düzgün interpretasiya olunmur: “Qətnaməni yerinə yetirmək lazımdır, verilmiş səlahiyyətləri aşmaq yox. Bu, beynəlxalq münasibətlərdə çox təhlükəli tendensiyadır. 1973 saylı qətnamə ilə bağlı məhz bu mandat səlahiyyətlərinin aşıldığı müşahidə olunur. BMT Təhlükəsizlik Şurasında qətnamə səsverməyə qoyulanda Rusiya bitərəf qalıb, bununla da Qərbə bu sənədi qəbul etməyə imkan verib. Rusiya o zaman bu mövqeyi ilə qətnaməyə faktiki razılığını bildirmişdi, amma yalnız qətnamədə göstərildiyi kimi Liviya üzərində hava məkanının bağlanmasına. Nəticədə isə biz hava müharibəsi gerçəkliyi ilə üzləşmiş olduq. Əməliyyata NATO da qoşulub, qətnamədə isə bu barədə bir cümlə belə yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR