Bank Of Baku

Kazino biznesini himayə edən Moskva vilayətinin prokuroru istefaya göndərilib

Kazino biznesini himayə edən Moskva vilayətinin prokuroru istefaya göndərilib
# 14 aprel 2011 16:32 (UTC +04:00)
Bakı – APA. Moskva vilayətinin prokuroru Aleksandr Moxov və onun müavini Aleksandr İqnatenko gizli oyun biznesinə himayəçilik ittihamı ilə əlaqədar istefaya göndərilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Federasiyası Prokurorluğu A. İqnatenko və vilayət prokurorluğunun idarə rəisi Dmitri Urumovun prokuror andını pozduqları üçün hüquq-mühafizə orqanlarından xaric olunduqlarını açıqlayıb.

Federal Təhlükəsizlik Xidmətinin İctimai Əlaqələr Mərkəzi Moskva vilayət prokurorluğu və milisinin qeyri-qanuni oyun salonları ilə əlaqələri barədə hələ fevral ayında açıqlama verib. Bu açıqlamadan sonra Baş Prokurorluq yoxlama aparıb və 6 rayon prokuroruna etik normaların pozulması və gizli oyun biznesinin rəhbəri İvan Nazarovla qeyri-formal təmasa görə intizam cəzası verilib. Lakin bildirilib ki, prokurorların Nazarovla münasibətlərində korrupsiya tərkibi yoxdur. Buna baxmayaraq, Moxov, İqnatenko və Urumovla bağlı yoxlama davam etdirilib. Bu şəxslərin Nazarovun hesabına xarici ölkələrə səyahət etdikləri müəyyənləşib. İ. Nazarov həbs olunub. Prokurorluq onun həbsinə dair müstəntiqlərin qərarlarını bir neçə dəfə ləğv edib, lakin biznesmenə qarşı yeni cinayət işləri qaldırıldığı üçün o, azadlığa çıxa bilməyib. Kazino işi üzrə daha 5 nəfər, o cümlədən 3 milis həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR