Bank Of Baku

Gürcüstan dövlət reyestr xidmətinin saytında Marneulidə kənd adları yenidən öz tarixi adları ilə adlandırılıb

Gürcüstan dövlət reyestr xidmətinin saytında Marneulidə kənd adları yenidən öz tarixi adları ilə adlandırılıb
# 15 aprel 2011 01:39 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda növbəti bir təxribatın qarşısı alınıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda kənd adlarının dəyişdirilməsinə edilən cəhd baş tutmayıb. Bu barədə məlumatı Gürcüstan reinteqrasiya nazirliyinin müşaviri Savalan Mirzəyev bildirib. Onun sözlərinə görə, Marneuli rayonunda qədim kənd adlarının dəyişdirilməsi cəhdi və Gürcüstan dövlət reyestr xidmətinin rəsmi saytında verilən xəritədə texniki səhvlər ucbatından və əsası olmadan xəritədə səhvən gürcü dilində yerləşdirilən 10-dan çox kəndin tarixi adı yenidən saytda yerləşdirilib. “Məsələ ilə əlaqədar Kvemo-Kartli bölgə qubernatoru və Marneuli rayon icra hakimiyyəti rəhbərliyi lazımi instansiyalara müraciət ediblər. Nəticədə tarixi kənd adları yenidən dövlət reyestr xidmətinin saytında (Reestri.dov. ge) öz tarixi ünvanını tapıb. Adlar barədə Gürcüstan reinteqrasiya məsələləri üzrə nazir Eka Tkeşelaşvili və Ədliyyə Nazirinin müavini Georgi Vaşadze də ciddi maraqlanıb. Nazir müavini əsası olmayan xəritəni saytda təcili dəyişdirilməsinə çalışıb”.
APA-nın məlumatına görə, soydaşlarımızın kompakt yaşadığı tarixi adların dəyişdirilməsinə cəhd edilməsi məsələsi Bakıda fəaliyyət göstərən “Qafqaz Araşdırmaları Mərkəzi”-nin də müzakirə obyektinə çevrilib. Mərkəzin rəhbəri Kamran Ramazanlının APA-nın Gürcüstan bürosuna bildirdiyinə görə, mərkəzdə keçirilən toplantıda Gürcüstan əsilli azərbaycanlı ziyalılar bu məsələyə mənfi münasibət bildiriblər. “Biz hörmətli Gürcüstan prezidenti Mixail Saakaşviliyə məktub yazdıq. Vəziyyəti olduğu kimi qeyd etdik. Mən elə başa düşürəm ki, bu da təsirsiz ötüşmədi. Onu da deyim ki, mən Gürcüstanı çox sevirəm. Bu torpaqda bizim dədə-babalarımız yatır. Mən istəmirəm ki, ata-baba yurdlarımızın adı dəyişdirilsin. Biz istəyirik ki, bu ölkədə sülh və əmin-amanlıq olsun. Məlumat üçün də bildirim ki, bu günlərdə biz “Gürcüstandakı soydaşlarımızın bu günü və sabahı” adlı forum keçirməyi planlaşdırırıq. Foruma soydaşlarımızı-ziyalılarımızın qabaqcıl nümayəndələrini də dəvət edəcəyik”, Ramazanlı bildirib.
Xatırladaq ki, təxminən bir ay bundan əvvəl Gürcüstan dövlət reyestr xidmətinin saytında verilən xəritədə bir çox kənd adları gürcü dilində verilib. İllər boyu azərbaycanlıların yaşadığı qədim-tarixi kəndlərin adları gürcü adları ilə əvəzlənib. Marneulidən 15 km aralıda yerləşən Dəmyə Gorarxı kəndi - Zenamxari, Axlı-Lələ kəndi - Kvemo Zenamxari, Araplı kəndi - Qağma Şavğele, Axlımahmudlu kəndi - Qamoğma Şavğele, Yenikənd isə Axalsopeli və s. adlar ilə yazılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR