Bank Of Baku

David Çalaqaniya: “Delimitasiya komissiyasının yığıncağı nə vaxt keçiriləcəyi məlum deyil”

David Çalaqaniya: “Delimitasiya komissiyasının yığıncağı nə vaxt keçiriləcəyi məlum deyil”
# 15 aprel 2011 04:11 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Delimitasiya komissiyasının növbəti yığıncağı Gürcüstanda keçirilməlidir. Lakin mən bu barədə ətraflı heç nə deyə bilmərəm”, APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan-Gürcüstan arasında sərhədlərin delimitasiya komissiyasının işi barədə Gürcüstan XİN müavini David Çalaqaniya jurnalistlərə açıqlama vermək istəməyib. “Həmkarım Xələf Xələfovun da bu barədə məlumatı var. Biz hələlik delimitasiyaya ehtiyatla yanaşırıq. Doğrudur, növbəti görüş Tiflisdə olacaq. Lakin bu tədbirə qədər ekspertlərin görüşü olmalı, sonra komissiya öz işinə başlamalıdır. Hələlik isə görüşün nə vaxt keçiriləcəyi məlum deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR