Bank Of Baku

Aşqabadda MDB Sərhəd Qoşunları Komandanları Şurasının toplantısı keçiriləcək

Aşqabadda MDB Sərhəd Qoşunları Komandanları Şurasının toplantısı keçiriləcək
# 16 aprel 2011 12:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Aprelin 21-də Türkmənistanın paytaxtı Aşqabadda MDB Sərhəd Qoşunları Komandanları Şurasının toplantısı keçiriləcək. Bu barədə APA MDB İcraiyyə Komitəsinə istinadən məlumat verib.

Toplantıda Azərbaycan, Ermənistan, Belarus, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistandan sərhəd xidmətlərinin rəhbərlərinin iştirakı gözlənilir.

İclasda MDB üzv dövlətlərin sərhəd təhlükəsizliyi sahəsində görülən işlər, məlumat mübadiləsi, birgə tədbirlər, narkotiklər, qeyri-qanuni miqrasiya, transmilli silahlı cinayətkarlarla mübarizə və s. məsələlərə dair fikir mübadilələri aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR