Bank Of Baku

Azərbaycanlını qətlə yetirən rusiyalı xüsusi təyinatlıya qarşı cinayət işi açılıb

Azərbaycanlını qətlə yetirən rusiyalı xüsusi təyinatlıya qarşı cinayət işi açılıb
# 16 aprel 2011 20:20 (UTC +04:00)
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, Rusiya İstintaq Komissiyası bildirib ki, Dmitri Verejnikov aprelin 15-də Azərbaycan vətəndaşını döyərək qətlə yetirməkdə ittiham olunur.
Bildirilir ki, qətl hadisəsi Parkova küçəsindəki avtobus dayanacağında şəxsi zəmində baş vermiş münaqişə nəticəsində törədilib.
Verejnokov Azərbaycan vətəndaşını zərərçəkmişə məxsus VAZ 2107 avtomobilindən çıxararaq onu yerə yıxıb baş və mədə nahiyəsinə zərbələr endirib. Zərər çəkən yerindəcə ölüb. Məhkəmə ekspertizası ölümün ürək çatışmazlığı nəticəsində baş verdiyini müəyyən edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR