Bank Of Baku

Rusiya BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qətnaməsinin pozulmasına son qoyulmasını tələb edib

Rusiya BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qətnaməsinin pozulmasına son qoyulmasını tələb edib
# 18 aprel 2011 13:00 (UTC +04:00)
Bakı – APA. “Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qətnaməsinin pozulmasına son qoymalıdır”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyasının NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin deyib. O, münaqişə zonasına silah göndərilməsinə qoyulan embarqoya bəzi Avropa ölkələri tərəfindən əməl olunmadığını deyib: “Hələ heç kim yanğının kerosinlə söndürülməsində uğur əldə edə bilməyib”.

Qeyd edək ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Liviyada müxaliflərə silah göndərilməsi və yerüstü əməliyyatın keçirilməsinin BMT TŞ qətnaməsinə zidd olacağını söyləyib. Bəzi Qərb ölkələri, xüsusən Fransa müttəfiqlərini Liviyada yerüstü hərbi əməliyyatın zəruriliyinə inandırmağa çalışır. Koalisiya ölkələri hazırda Liviyadakı müxaliflərə silah göndərilməsi məsələsini araşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR