Bank Of Baku

Tiflisdə “Cənubi Qafqazda Şərq tərəfdaşlığı” mövzusunda konfrans keçirilib

Tiflisdə “Cənubi Qafqazda Şərq tərəfdaşlığı” mövzusunda konfrans keçirilib
# 19 aprel 2011 18:30 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə iki günlük “Cənubi Qafqazda Şərq tərəfdaşlığı” mövzusunda konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, тədbirdə Gürcüstan, Azərbaycan və Ermənistan ekspertləri iştirak edib. Konfrans Gürcüstanda fəaliyyət göstərən Levan Mikeladze adına Fond və Fridrix Ebert Fondunun maliyyə dəstəyi ilə baş tutub. Konfransda Azərbaycanı Vüqar Bayramov (İqtisadi və sosial inkişaf mərkəzi), Sabit Bağırov (Sahibkarlığın inkişaf Fondu), İlqar Həsənli (Azərbaycan-Avrointeqrasiya komitəsinin əlaqələndiricisi) və Anar Məmmədli (Seçki-monitorinq mərkəzi) təmsil ediblər. Konfransda Gürcüstanın dövlət və hökumət strukturlarının nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan nümayəndə heyətini üzvlərinin hamısı müxtəlif mövzularda çıxış ediblər. “Azərbaycanın xarici ticarət sahəsindəki qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması və iqtisadi inteqrasiya” mövzusunda çıxış edən ekspert Vüqar Bayramov açıqlamasında APA-ya bildirib ki, son illər Azərbaycan və Avropa Birliyi arasında həyata keçirilən proqramlar, ölkəmizin Avropaya ixrac imkanları, eləcə də xaricə mal dövriyyəsinin artması Azərbaycanın Avropaya inteqrasiyasından xəbər verir. “Mən çıxışımda Azərbaycanda gedən islahatlar və gömrük məcəlləsinin hazırlanması və 2011-ci ildə qəbul ediləcəyi haqqında konfrans iştirakçılarına məlumat verdim. Eyni zamanda iştirakçıları Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğun gəlməsi barədə, həm də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatında iştirak imkanları barədə informasiya çatdırdım. Azərbaycanın iqtisadi inteqrasiyası Avropa Birliyi ölkələrinə müsbət təsiri var və bu istiqamətdə böyük işlər həyata keçirilir. Azərbaycan iqtisadiyyatının Avropa standartlarına uyğunlaşdırılması imkan verir ki, azərbaycanlı iş adamları Avropa bazarlarında tam şəkildə fəaliyyət göstərsin”.
Levan Mikeladze adına Fondun eksperti İrakli Menaqarişvili APA-ya bu konfransın vacib olduğunu və Cənubi Qafqazın üç ölkə ekspertlərinin fikir mübadiləsinin aparıldığını söyləyib. “Əsas məqsədimiz odur ki, iki il ərzində Cənubi Qafqaz ölkələrinin Avropa ilə əməkdaşlığı çərçivəsində hansı işlərin görüldüyünü, nələrə nail olduğumuzu bilək. Biz iki gün ərzində fəaliyyət göstərən konfransın nəticələrini toplayıb kitab halında bir neçə dildə nəşr edərək ölkə rəhbərliyinə və ictimaiyyətə təqdim edəcəyik. Bu kitablarda ekspertlərin tövsiyə və təklifləri də yer tutacaq.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR