Bank Of Baku

Moskva “OMON”unun komandiri işdən qovulub

Moskva “OMON”unun komandiri işdən qovulub
# 20 aprel 2011 09:45 (UTC +04:00)
Bakı – APA. Moskva Şəhər Daxili İşlər İdarəsinin rəis müavini, xüsusi təyinatlı milis dəstəsinin komandiri Vyaçeslav Xaustov prezident Dmitri Medvedevin fərmanı ilə vəzifədən uzaqlaşdırılıb. APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, V. Xaustov 2007-ci ildən bəri Moskva “OMON”una rəhbərlik edib. 2010-cu ilin fevralında “The New York Times” qəzetində Moskva “OMON”u ilə bağlı yazı dərc olunduqdan sonra qalmaqal baş verib. Yazıda “OMON”un 2-ci batalyonunun əməkdaşlarının dilindən çoxsaylı hüquq pozuntuları, ağır iş şəraiti və rəhbərliyin korrupsiya fəaliyyəti barədə faktlar sadalanıb. Moskva Daxili İşlər İdarəsi və V. Xaustov bu faktları inkar ediblər və qəzeti məhkəməyə veriblər.

V. Xaustovdan başqa bir neçə zabit də işdən çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR