Bank Of Baku

Gürcü ekspert: “Əgər Ermənistan Gürcüstanın bu addımını başa düşmürsə, bu onun problemidir”

Gürcü ekspert: “Əgər Ermənistan Gürcüstanın bu addımını başa düşmürsə, bu onun problemidir”
# 20 aprel 2011 22:42 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Təhlükəsizlik üzrə gürcü eksperti İrakli Sesiaşvili Rusiya ilə hərbi yüklərin Gürcüstan ərazisindən keçməsi vaxtının başa çatması haqqında qərarının uzadılmamasını məntiqi cəhətdən düzgün hesab etdiyini bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ekspert hesab edib ki, bu saziş əsasında Ermənistana daşınan tranzit yüklər oradakı hərbi bazanın gücləndirilməsinə gətirib çıxarır. “Bu isə düşmənə faktiki kömək etmək deməkdir. Sazişin müddətinin başa çatması məntiqlidir. Çünki bu saziş əsasında Ermənistanda yerləşən hərbi baza fəaliyyət göstərib. Rusiya qanunauyğunluqlarına görə, hərbi təlimlər başlanan kimi Rusiya dünyanın hər hansı bir nöqtəsində yerləşən öz hərbi bazasından istifadə edə bilər. Beləliklə, hər hansı bir tranzit düşmənin güclənməsinə şərait yaradır. Əgər Ermənistan Gürcüstanın bu addımını başa düşmürsə, bu onun problemidir”.

Xatırladaq ki, Gürcüstan parlamenti “Hərbi yüklərin və şəxsi heyətin ölkə ərazisindən tranziti haqqında 2006-cı il martın 31-də Rusiya ilə imzalanmış sazişin müddəti başa çatdıqdan sonra qüvvədən düşmüş sayılması haqqında” qərar qəbul edib. Bu qərara görə Gürcüstan Rusiya əsgərlərinin və hərbi yüklərinin ölkə ərazisindən keçməklə Ermənistana göndərilməsinə icazə verməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR